Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gözdə ət artımı əməliyyatları icbari tibbi sığorta ilə aparılır

Pterigiumun müayinə və cərrahisi artıq əlçatandır

18

Gözdə ət artımı, yəni pterigium xəstəliyinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta vasitəsilə təmin edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sevil Əliyeva bildirib ki, gözdə bir çox əməliyyatlar sığorta hesabına həyata keçirilir. Bunlar arasında katarakra, qlaukoma, çərgözlük və göz dibindəki əməliyyatlar da var.

Pterigium əməliyyatı öncəsi ixtisaslı həkim müayinəsi, laborator müayinələr, stasionar və reanimasiya xidməti, həmçinin əməliyyat zamanı istifadə olunan dərmanlar icbari tibbi sığorta çərçivəsində ödənilir. Xəstə ilkin olaraq tibb müəssisələrində oftalmoloq tərəfindən müayinə olunur və daha sonra sığorta hesabına lazım olan bütün diaqnostik prosedurlar həyata keçirilir.

Ötən il icbari tibbi sığorta çərçivəsində gözdə ət artımına 2192 cərrahi müdaxilə aparılıb. Bunlardan 284-ü pterigiumun kəsiklə çıxarılması, 1908-i isə transpazisiyası üsulu ilə həyata keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.