Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda yeniyetməni elektrik cərəyanı vurub

Naqillərlə ehtiyatsız davranan 12 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır

31

Goranboy rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayon ərazisində baş verib.

Məlumata görə, 2013-cü il təvəllüdlü rayon sakini Y. Əliyev müxtəlif bədən xəsarətləri və baş nahiyəsində çoxsaylı açıq yaralarla xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən ona dərhal tibbi yardım göstərilib. Hazırda yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara əsasən, hadisə onun yaşadığı evdə baş verib. Yeniyetmənin elektrik naqilləri ilə ehtiyatsız davranması nəticəsində cərəyan vurduğu qeyd olunur.

Əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib və fakt üzrə araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.