Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda hərbi hissədə faciə – Baş leytenant hündürlükdən yıxılıb həlak oldu

Hadisə ilə bağlı hərbi prokurorluq cinayət işi açıb, araşdırma aparılır

11

Goranboy rayonunda ağır bədbəxt hadisə baş verib. Hadisə Ağcakənd qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Məlumata görə, bölük komandiri, baş leytenant, 1993-cü il təvəllüdlü İsmayıl Elman oğlu Əzimli hündür qayalıqdan yıxılıb. Aldığı xəsarətlər səbəbindən o, hadisə yerində həyatını itirib.

Hadisənin hərbi hissənin yaxınlığında baş verdiyi bildirilir. Baş leytenant bu gün doğulduğu Biləsuvar rayonunda dəfn olunacaq.

Faktla bağlı Gəncə şəhər hərbi prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.