Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda ekologiya qaydalarını pozanlara qarşı əməliyyat

Elektriklə balıq ovlayan şəxslər saxlanıldı

24

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı qanunsuz balıq ovu ilə məşğul olan bir qrup şəxs saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri S. Hümbətov, N. Rəcəbov və H. Bayramov Gorançay çayının Goranboydan keçən hissəsində elektrik avadanlığından istifadə etməklə balıq ovlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı onların üzərindən elektrik qurğuları və qanunsuz yolla ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır, qanunsuz ovla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.