Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir
İsti iqlimi ilə seçilən Goranboyda ötən ilə nisbətən bu il ilan dişləməsi azalıb. Goranboy Rayon Xəstəxanasından verilən məlumata görə, ötən il rayon ərazisində 20-dən artıq sakini ilan sancıb. Onlar arasında vəziyyəti ağır olanlar da olub.
Yay fəslində ilan vurma halları artdığından zərərçəkənlərə zəhər əlehinə zərdabların vurulması vacibdir. Bəs xəstəxanalarda zərdablar varmı? Goranboy rayon xəstəxanasının həkimi Mehman Əşrəfov Özbəkistanda istehsal edilən polivalent adlanan zərdabların xəstəxanaya verildiyini bildirib.
Sürünənlərin hücumuna məruz qalanlara ağırlıq dərəcəsinə uyğun olaraq həmin dərman vasitəsindən vurulur. Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir ki, onlar da yay aylarında təsərrüffat sahələrində çalışan insanlara ziyan vururlar.
Şərhlər bağlıdır.