Gömrük orqanlarının uğurlu əməliyyatı
“Culfa” postunda İrandan Polşaya tranzit daşınan yükdən 39 kiloqramdan artıq heroin aşkarlandı
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı qanunsuz narkotik dövriyyəsinin qarşısı alınıb və xüsusilə böyük miqdarda narkotik vasitə aşkar edilib.
“Culfa” gömrük postunda İrandan Polşaya tranzit daşınma həyata keçirən, plastik üzlük lövhələr daşıdığı bəyan edilən yük avtomobili gömrük nəzarətinə cəlb olunub.
Aparılan baxış zamanı nəqliyyat vasitəsindəki plastik panellərin daxilində xüsusi üsullarla gizlədilmiş və aşkarlanması çətinləşdirilmiş 780 ədəd bağlamada ümumi xalis çəkisi 39 kiloqram 315,246 qram olan xüsusilə külli miqdarda heroin müəyyən edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.