Geosiyasi gərginlik fonunda gözlənilməz qərar
Bundesver qüvvələri Qrenlandiyada cəmi 44 saat qaldıqdan sonra Berlindən gələn əmrlə geri çağırıldı
Almaniya Silahlı Qüvvələrinə (Bundesver) məxsus hərbçilər Qrenlandiyaya səfər etdikdən cəmi iki gün sonra gözlənilmədən geri çağırılıb. Qərarın ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı mümkün gömrük rüsumları ilə bağlı açıqlamalarından sonra verildiyi bildirilir.
Məlumatlara görə, hərbçilərə geri dönüşün səbəbi ilə bağlı rəsmi izahat təqdim olunmayıb. Onlara yalnız qısa və konkret şəkildə “dərhal qayıdın” əmri verildiyi qeyd olunur.
Yerlı vaxtla saat 08:30-da 15 nəfərlik Bundesver kəşfiyyat qrupu missiya rəhbəri, kontr-admiral Ştefan Paulinin rəhbərliyi ilə Qrenlandiyanın paytaxtı Nuuk hava limanında görünüb. Heyət “Icelandair” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi ilə ölkəni tərk edib.
Mənbələr bildirir ki, geri çağırılma əmri Berlindən səhər saatlarında daxil olub və bununla əlaqədar planlaşdırılan bütün görüşlər ləğv edilib. Alman hərbçiləri Qrenlandiya ərazisində ümumilikdə 44 saat qalıb. Almaniya hökuməti isə hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.