Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclər və idman naziri Mingəçevirdə 20-dən çox müraciətə baxıb

Martın 27-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda ümumilikdə 20-dən çox müraciətə baxılıb. Müraciətlər gənclər, idman və digər sahələri əhatə edib.

Gənclər sahəsi ilə bağlı müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.

İdman sahəsi üzrə müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təminatı, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və digər məsələləri əhatə edib.

Bir sıra müraciətdə qaldırılan məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Şərhlər bağlıdır.