Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi müxtəlif təlimlər və klub fəaliyyətləri həyata keçirir
Nümayəndəlik bundan sonra da rayon gənclərinə xidmət göstərmək və onların asudə vaxtlarını dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyinə əmindir
Təlimçilər Sevinc Məmmədova, Coşqun İsmayılov, Taleh Həsənli, Samir Abdullayev gənclərlə öz biliklərini bölüşüb, onlara karyera istiqamətində töhfələrini veriblər.
Təlimlər “UNİCEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları”, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin “Maliyyə savadlılığı”, karyera planlaması üzrə “Mənim peşəm, mənim gələcəyimdir”, gənclərin motivasiyası üçün isə “Mənim hekayəm” mövzularında olub.
Həmçinin aprel ayı ərzində klub fəaliyyətləri daxilində gənclər asudə vaxtlarını səmərəli keçiriblər. Onlar müxtılif filmlər izləyib, oyunlar oynayıb, kitablar haqqında müzakirə aparıblar.
“Vətənpərvərlik klubu”nun üzvləri Ağdaşın Aprel döyüşü şəhidi Ömər Cəbrayılovun məzarını ziyarət edib, ruhuna dualar ediblər.
Eyni zamanda aprel ayında müxtəlif layihələr və müsabiqə ilə yanaşı Ağdaş gənclərinin böyük hesabat konfransı baş tutub. Rayon rəsmilərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının üzvlərinin, aktiv gənclərin qatıldığı konfransda nümayəndəliyin bir il ərzində gördüyü işlər, fəaliyyətləri haqqında ictimaiyyətə məlumat verilib. Bəbii hissədə isə istedadlı könüllülərin ifasında musiqilər, şeirlər, rəqslər nümayiş olunub.
Şərhlər bağlıdır.