Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənc istedadlara dövlət dəstəyi

Prezident İlham Əliyevin sərəncamı ilə “Qızıl kitab”a düşən gənclər üçün 61 847 manat vəsait ayrılıb

81

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların dəstəklənməsi məqsədilə xüsusi təqaüdlərin ayrılması barədə sərəncam imzalayıb.

Sənədə əsasən, adları “Qızıl kitab”a daxil edilmiş istedadlı gənclərə təqaüdlərin verilməsi üçün 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə ayrılan məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb. Həmçinin Mədəniyyət Nazirliyi sənəddən irəli gələn məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər görməlidir.

Qərar imzalandığı tarixdən qüvvəyə minib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.