Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı

Müdafiə Nazirliyi: Məhdudiyyət sağlamlığın qorunması məqsədilə tətbiq olunub, valideynlərdən anlayış gözlənilir

6

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, xüsusən də qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün hərbi hissələrdə görüşlər müvəqqəti məhdudlaşdırılıb.

Nazirlik vətəndaşlara, xüsusilə də gənc əsgərlərin valideynlərinə müraciət edərək, bu məhdudiyyətə anlayışla yanaşmağı və hazırda hərbi hissələrə gəlməməyi xahiş edib.

Qeyd olunub ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.