Gəncədən Kəlbəcərə müntəzəm avtobus reysi açıldı
İlk sərnişin avtobusu Gəncə Beynəlxalq Avtovağzalından yola düşdü
Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus xətti fəaliyyətə başlayıb. İlk reys Gəncə Beynəlxalq Avtovağzalından çıxaraq Goranboy–Naftalan–Suqovuşan–Ağdərə marşrutu ilə hərəkət edib.
Avtobus hər gün saat 08:30-da Gəncədən Kəlbəcərə sərnişin daşıyacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.