Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gəncədə Memorial Kompleks inşa olunur

Ermənistanın raket zərbələrinin izləri tarixi yaddaş kimi qorunacaq

9

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanıma layihə barədə ətraflı məlumat verib.

Kompleksin təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin yanvarında qoyulub. Burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlərin izləri əks olunacaq. Tikinti işləri Gəncədə raket hücumuna məruz qalmış yaşayış binalarının və keçmiş parkın yerləşdiyi ərazidə aparılır.

Ümumi sahəsi 4 hektar olan memorialda ikimərtəbəli muzey binası, sərgi və konfrans zalları inşa edilir. Ekspozisiyada mülki əhaliyə qarşı törədilmiş cinayətlər, dağıdılmış binaların yerləri və Ermənistan ordusu tərəfindən atılmış raketlərin izlərini əks etdirən materiallar nümayiş etdiriləcək. Kompleksin əsas simvolu sayılan spiralvari kraterin dərinliyi 13 metrdir.

Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri də aparılır: 700-ə yaxın ağac, 12 mindən çox dekorativ kol və gül əkiləcək. Hazırda muzey binasında son tamamlama, ekspozisiyanın təşkili və parkın abadlaşdırılması işləri davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.