Gəncədə beynəlxalq idman coşqusu
Yarışların bağlanış mərasimi Gəncə stadionunda keçiriləcək
Azərbaycanda keçirilən III MDB Oyunlarına bu gün yekun vurulacaq. Yarışların sonuncu günündə qaliblər və medalçılar müəyyənləşəcək.
Bağlanış günündə bədii gimnastika yarışları Şəkidə davam edəcək, axşam saat 19:00-da isə Gəncə şəhər stadionunda turnirin rəsmi bağlanış mərasimi baş tutacaq.
Bu ilki MDB Oyunları miqyasına görə əvvəlkilərdən fərqlənib. Turnirdə 13 ölkədən ümumilikdə 1 624 idmançı və 2 337 nümayəndə iştirak edib. Azərbaycan yarışda 340 idmançı ilə təmsil olunub.
Digər iştirakçı ölkələr arasında Rusiya (262 idmançı), Özbəkistan (254), Belarus (240), Qazaxıstan (147), Tacikistan (144), Qırğızıstan (126), Türkmənistan (48), Türkiyə (38), Kuba (11), Küveyt (6), Oman (4) və Pakistan (4) yer alıb.
Gəncədə keçiriləcək bağlanış mərasimi ilə üç ildir davam edən MDB idman ənənəsinin növbəti mərhələsi tamamlanacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.