Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gələn il sosial təminat artırılır

2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat müəyyən edilib, əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün məbləğlər yüksəldilib

27

2026-cı ildə əhalinin əsas sosial və demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Milli Məclisin müzakirəsinə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli şəxslər üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyən ediləcək.

Qeyd edək ki, 2025-ci il üçün ölkə üzrə yaşayış minimumu 285 manat, əmək qabiliyyətli şəxslər üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat təşkil edirdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.