Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi müxtəlif təlimlər və klub fəaliyyətləri həyata keçirir

Nümayəndəlik bundan sonra da rayon gənclərinə xidmət göstərmək və onların asudə vaxtlarını dəyərləndirmək üçün  əlindən gələni əsirgəməyəcəyinə əmindir

Təlimçilər Sevinc Məmmədova, Coşqun İsmayılov, Taleh Həsənli, Samir Abdullayev gənclərlə öz biliklərini bölüşüb, onlara karyera istiqamətində töhfələrini veriblər.

Təlimlər  “UNİCEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları”, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin “Maliyyə savadlılığı”, karyera planlaması üzrə “Mənim peşəm, mənim gələcəyimdir”, gənclərin motivasiyası üçün isə “Mənim hekayəm” mövzularında olub.

Həmçinin aprel ayı ərzində klub fəaliyyətləri daxilində gənclər asudə vaxtlarını səmərəli keçiriblər. Onlar müxtılif filmlər izləyib, oyunlar oynayıb, kitablar haqqında müzakirə aparıblar.

“Vətənpərvərlik klubu”nun üzvləri Ağdaşın Aprel döyüşü şəhidi Ömər Cəbrayılovun məzarını ziyarət edib, ruhuna dualar ediblər.

Eyni zamanda  aprel ayında müxtəlif layihələr və müsabiqə ilə yanaşı  Ağdaş gənclərinin böyük hesabat konfransı baş tutub. Rayon rəsmilərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının üzvlərinin, aktiv gənclərin qatıldığı konfransda nümayəndəliyin bir il ərzində gördüyü işlər,  fəaliyyətləri haqqında ictimaiyyətə məlumat verilib. Bəbii hissədə isə istedadlı könüllülərin ifasında musiqilər, şeirlər, rəqslər  nümayiş olunub.

 

Şərhlər bağlıdır.