Füzulidən olan şəhid övladları İsmayıllı və Qəbələ rayonlarına səfərdə
Səfər iştirakçıları İsmayıllı rayonunun “Şəhidlər Xiyabanı”nı da ziyarət ediblər
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və qazı övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif inkişafetdirici və bayram tədbirləri gerçəkləşdirilib. 28 mayda isə Füzuli rayonundan olan şəhid övladlarının tarixi və turizm bölgələri olan İsmayıllı və Qəbələ rayonlarına səfərləri təşkil olunub.
Bu barədə İctimai Birliyin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsinə uşaqlarla təbiət gəzintisi, müxtəlif əyləncəli oyunlar təşkil olunub. Eyni zamanda səfər iştirakçıları İsmayıllı rayonunun “Şəhidlər Xiyabanı”nı da ziyarət ediblər
Şərhlər bağlıdır.