Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fuad Oktay: Türkiyə Azərbaycan–Ermənistan sülhünü dəstəkləyir

TBMM rəsmisi bildirib ki, Bakı–İrəvan münasibətlərinin yaxşılaşması Ankara ilə Ermənistan arasında normallaşmaya da yol açacaq.

43

Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını dəstəkləyir və bu prosesin qarşılıqlı etimad əsasında qurulmasını vacib hesab edir.

Bu fikirləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay səsləndirib.

O vurğulayıb ki, Cənubi Qafqazda əldə olunacaq sülh və sabitlik təkcə region ölkələrinə deyil, daha geniş coğrafiyaya müsbət təsir göstərəcək. Oktayın sözlərinə görə, həyata keçirilən layihələr ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun rifahına xidmət edir və Gürcüstan da bu prosesdən faydalanacaq.

Fuad Oktay əlavə edib ki, Ermənistanın Azərbaycanla münasibətlərində irəliləyiş əldə olunacağı təqdirdə, Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi sürətlənəcək. Onun sözlərinə görə, Ankaranın xarici siyasətində əsas prinsiplərdən biri bütün qonşularla sülh münasibətlərinin qurulmasıdır.

TBMM rəsmisi bildirib ki, Azərbaycan–Ermənistan münasibətlərində müsbət dinamika Türkiyə–Ermənistan əlaqələrinin normallaşmasına da təkan verəcək və bu proses Cənubi Qafqazda ümumi rifaha töhfə olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.