Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasına sədr seçilib. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov növbəti 4 il müddətində QHT Agentliyinin Müşahidə Şurasına rəhbərlik edəcək.
Fuad Məmmədovun peşəkar profili:
Fuad Teyyub oğlu Məmmədov 1946-cı il oktyabrın 28-də Bakıda anadan olub. 1964-cü ildə Bakıdakı 150 nömrəli məktəbi, 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnoloji fakültəsini bitirib. 1975-ci ildə tarix elmləri namizədi, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə Beynəlxalq Amerika-Rus Konfliktologiya məktəbini bitirib. O, Azərbaycanda kulturologiya elminin əsasını qoyan alimlərdən biridir.
F.Məmmədov mədəniyyət, elm tarixi və nəzəriyyəsi sahəsində 200-dən çox elmi və maarifləndirici işin müəllifi və tərtibatçısıdır. Onun “Kulturologiya” əsəri həm ölkədə, həm də xaricdə tədrisdə və elmi araşdırmalarda istifadə olunur.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəçilik mədəniyyəti” innovativ kulturoloji kursun müəllifi olan Fuad Məmmədovun kursu demokratik idarəetmə təcrübəsi, dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanıb. Kursun məqsədi şəxsiyyət və liderlərin formalaşması, gələcək mütəxəssislərin müasir bilik və peşəkar vərdişlər əldə etməsi, yüksək demokratik idarəetmə etikası ilə tanışlığıdır.
O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının akademikidir. Həmçinin “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Mədəniyyət və Cəmiyyət” daimi kulturoloji seminarın elmi rəhbəri, “Simurq” Kulturoloji jurnalının yaradıcısı və baş redaktorudur.
Fuad Məmmədov “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatlarının laureatı olub və “Sülh səfiri” və “Mədəniyyət səfiri” fəxri adlarına layiq görülüb.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.