Finlandiya 2026 Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcək
Rusiya idmançılarının milli simvollarla iştirakına etiraz edən Finlandiya qərarını Beynəlxalq Paralimpiya Komitəsinin mövqeyi ilə əlaqələndirib; Ukrayna və Çexiya da oxşar addım atıb
Finlandiya 2026-cı ildə İtaliyada keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirakdan imtina edib. Bu barədə ölkənin Paralimpiya Komitəsinin sədri Sari Rautio açıqlama verib.
Onun sözlərinə görə, qərar açılış mərasiminə milli simvollarla qatılacaq Rusiya idmançılarının dəvət olunması ilə bağlıdır. Rautio bildirib ki, Finlandiya bu addımla Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya idmançıları ilə bağlı mövqeyinə etirazını nümayiş etdirmək istəyir.
Qeyd edək ki, fevralın 23-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Rusiya idmançılarının 2026-cı il Oyunlarında milli simvollarla yarışacaqlarını açıqlayıb.
Eyni səbəbdən Ukrayna nümayəndə heyəti də açılış mərasimini boykot edib. Çexiya da oxşar qərar qəbul edərək açılışda iştirak etməyəcəyini bəyan edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.