Faciə: Məktəbli bacı-qardaş yol qəzasında həlak oldu
Mercedes markalı avtomobil azyaşlıları vurdu – həyatlarını xilas etmək mümkün olmadı
Lənkəran-Lerik magistral yolunda dəhşətli yol qəzası baş verib. Hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili məktəbə gedən azyaşlıları – 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı, 2016-cı ildə anadan olmuş Ramid Əliyevi vurub.
Ağır xəsarətlər alan bacı-qardaş dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.