Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ev yanğını can aldı

Aşağı Nüvədi kəndində iki mərtəbəli yaşayış evində baş verən yanğın ev sahibinin ölümü ilə nəticələnib

93

Lənkəran rayonunda fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə gecə saatlarında rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb.

1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus, ümumi sahəsi 400 kvadratmetr olan iki mərtəbəli yaşayış evində alovlanma baş verib. Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti hadisə yerinə cəlb olunub. Operativ müdaxilə nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra aparılan baxış zamanı ev sahibinin meyiti aşkar edilib. Mərhumun cəsədi daxili və xarici ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Məlumata görə, hər mərtəbəsi 200 kvadratmetr olmaqla 6 otaqdan ibarət olan evin yanar konstruksiyaları tamamilə yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.