Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əsl İran sülhsevər və inkişaf etmiş ölkəyə çevriləcək

O, İslam Respublikası süqut etdikdən sonra ölkənin nüvə proqramından terrora qədər bütün sahələrdə məsuliyyətli və şəffaf olacağını vəd edib.

74

İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi dünən Prezident Trampa yaxın senatorlardan biri, Lindsi Qremlə görüşüb. Bu gün isə o, sosial şəbəkələr üzərindən dünya ictimaiyyətinə müxtəlif vədlərini açıqlayıb.

Rza Pəhləvi bildirib ki, İslam Respublikası altında olan İran əksər hallarda terrorizm, ekstremizm və yoxsulluqla eyniləşdirilir, amma əsl İran fərqlidir: gözəl, sülhsevər və çiçəklənən bir ölkədir.

O, qeyd edib ki, İslam Respublikasının süqutundan sonra İran:

  • Nüvə proqramı təhlükəsiz və başa çatmış olacaq, terror qruplarına dəstək dayandırılacaq;

  • Regional və qlobal tərəfdaşlarla terrorizm, narkotik qaçaqmalçılığı və ekstremizmlə mübarizə aparacaq;

  • Bölgədə dost və sabitləşdirici qüvvə, qlobal təhlükəsizlikdə isə məsuliyyətli tərəfdaş olacaq;

  • ABŞ-la diplomatik münasibətlər normallaşacaq, İsrail dövləti tanınacaq;

  • Enerji ehtiyatlarını və iqtisadi potensialını şəffaf və etibarlı şəkildə idarə edəcək, investisiyaya və ticarətə açıq olacaq;

  • Şəffaflıq və idarəetmə standartları beynəlxalq qaydalara uyğun tətbiq olunacaq, korrupsiya aradan qaldırılacaq.

Rza Pəhləvi vurğulayıb ki, bu, mücərrəd bir xəyal deyil, milli maraqlara, sabitliyə və əməkdaşlığa əsaslanan praktik vizyondur. O, İran xalqını dəstəkləməyə çağırıb və bildirib ki, azad İran sülh, rifah və tərəfdaşlıq üçün güclü qüvvəyə çevriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.