Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistandan tranzit mesajı: Regional nəqliyyat xəritəsi dəyişir

Paşinyan İrəvanın Türkiyə–Azərbaycan yük daşımalarına öz ərazisini açmağa hazır olduğunu açıqladı

39

Ermənistan rəhbərliyi Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə yaşıl işıq yandırmağa hazır olduğunu bəyan edib.
Bu barədə baş nazir Nikol Paşinyan Berlində çıxışı zamanı məlumat verib.

Paşinyan xatırladıb ki, Azərbaycan artıq bu ölkədən Ermənistana yükdaşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırıb və bu addım region üçün mühüm dönüş nöqtəsi sayıla bilər. Onun sözlərinə görə, son aylarda mümkün görünməyən proseslər real nəticələr verməyə başlayıb: Qazaxıstandan Ermənistana taxıl yükü Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə daşınıb.

Baş nazir bunu Ermənistanın müstəqillik tarixi boyunca ilk dəfə baş verən hadisələrdən biri kimi dəyərləndirib.

Paşinyan əlavə edib ki, rəsmi İrəvan həm texniki, həm də siyasi baxımdan Türkiyə və Azərbaycan arasında yüklərin Ermənistan ərazisindən keçməsinə icazə verməyə artıq hazır vəziyyətdədir.

O, həmçinin vurğulayıb ki, bölgədə sülhun möhkəmlənməsi üçün hər iki tərəf Vaşinqton bəyannaməsinin şərtlərinə əməl etməli, gərginliyi artıran ritorikadan uzaq durmalıdır. Paşinyanın fikrincə, ardıcıl addımlar sayəsində Ermənistan və Azərbaycan arasında davamlı sülhün qurulması mümkündür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.