Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistanda müxalifət Paşinyana qarşı yeni blok formalaşdırır

Seçkilər öncəsi Ermənistanda müxalifətin konsolidasiyası güclənir

25

Ermənistanda müxalif qüvvələr Baş nazir Nikol Paşinyana qarşı birləşmək istiqamətində addımlar atır.

Hraparak nəşrinin yaydığı məlumata görə, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri və Vətən Partiyasının lideri Artur Vanetsyan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi platformaya qoşula bilər. Bildirilir ki, tərəflər arasında artıq danışıqlar başlayıb.

Qəzet xatırladır ki, fevralın 15-də Ana Ermənistan Partiyası da Tsarukyanın təşəbbüsü olan “Ermənistanın təklifi” platformasına qoşulmaq qərarı verib. Partiyaya Andranik Tevanyan rəhbərlik edir.

Bundan əlavə, Demokratik Alternativ Partiyası da eyni formatda seçkilərə qatılmaq niyyətindədir. Partiyanın sədri Suren Surenyantsdır.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin iyunun 7-də keçirilməsi planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.