Ermənistanda hərbi xidmət 6 ay qısaldılır
Xidmət müddətinin azaldılması həm gənclər üçün rahatlıq, həm də büdcə xərclərinə qənaət təmin edəcək.
Ermənistan hökuməti məcburi hərbi xidmətin müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib.
Layihəyə əsasən, hazırda 24 ay olan məcburi hərbi xidmət 2025-ci ilin qış çağırışından etibarən 18 aya endiriləcək.
Qanun layihəsi qəbul olunduğu halda, 2025-ci ilin qış çağırışında xidmətə cəlb olunan şəxslər 2026-cı ilin yanvarında xidmətə başlayacaq və 2027-ci ilin iyulunda hərbi xidmətdən tərxis olunacaqlar.
Sənəddə qeyd olunur ki, bu dəyişiklik 2027-ci ilin ikinci yarısından etibarən məcburi hərbi xidmətin təşkili ilə bağlı xərclərin azalmasına səbəb olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.