Ermənistan parlamentinin qərarı
Məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endirildi
Ermənistan Milli Assambleyası məcburi hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklikləri yekun oxunuşda təsdiqləyib. Qəbul olunan qərara əsasən, çağırışçılar üçün xidmət müddəti 24 aydan 18 aya endirilir.
Səsvermə zamanı 65 deputat təşəbbüsü dəstəkləyib, 4 millət vəkili əleyhinə çıxıb, 20 deputat isə bitərəf mövqe sərgiləyib.
Qeyd edək ki, xidmət müddətinin azaldılması ideyası ilk dəfə bu ilin sentyabr ayında Ermənistan Müdafiə Nazirliyi tərəfindən gündəmə gətirilmişdi. Nazirlik bu dəyişikliklə orduda idarəetmənin optimallaşdırılmasını və şəxsi heyətin dövriyyəsinin sürətləndirilməsini hədəflədiyini açıqlamışdı.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.