Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan naziri: Azərbaycandan idxal edilən yanacaq bazarda sürətlə satılır

Gevork Papoyan Azərbaycan mənşəli benzinin tükənməsindən sonra digər yanacaq növlərinin bahalaşdığını bildirib, idxalın artırılmasının vacibliyini vurğulayıb

66

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycandan idxal olunan yanacağın ölkə bazarında qısa müddətdə satıldığını açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan mənşəli benzinin ehtiyatı azaldıqdan sonra digər yanacaq növlərinin qiymətində artım qeydə alınır.

Nazir bildirib ki, daxili bazarda qiymət sabitliyini qorumaq üçün daha münasib qiymətə yanacaq idxalının həcmini artırmaq zəruridir.

Papoyan həmçinin qeyd edib ki, gələcəkdə Ermənistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yüz milyonlarla dollara çata bilər.

Qeyd edək ki, bu gün Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı göndərilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.