Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan Konstitusiyasında dəyişikliklər gələn il gündəmə gələ bilər

Azərbaycanın sülh prosesində əldə etdiyi uğurlar gələcək parlament seçkilərinə də təsir edəcək

16

Ermənistan Baş naziri Nikol Paşinyanın gələn il ölkə Konstitusiyasında dəyişikliklər etməyə hazırlaşdığı bildirilir. Bu addım, Azərbaycan Prezidenti İlham Əliyevin tələbi çərçivəsində həyata keçiriləcək.

Erməni politoloq Harut Sasunyanın sözlərinə görə, dəyişikliklər aparılmasa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Onun açıqlamasına görə, sülh prosesi artıq bir sıra mühüm nəticələrə gətirib çıxarıb:

  • Ermənistan Konstitusiyasında yeniliklərin qəbulunun planlaşdırılması;

  • Beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların ləğvi;

  • ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması;

  • ABŞ yardım məhdudiyyətlərinin aradan qaldırılması;

  • Avropa İttifaqı müşahidəçilərinin Ermənistandan çıxarılması;

  • Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan üçün maneəsiz keçidin təmin olunması.

Sasunyan həmçinin vurğulayıb ki, sülh prosesində əldə olunan nailiyyətlər Paşinyanın gələn il keçiriləcək parlament seçkilərində uğurunu möhkəmləndirə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.