Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan Baş naziri regional enerji layihələrinin detalları barədə danışdı

Paşinyan: Layihələrin reallaşması üçün sülh əsas şərtdir

10

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəyə boru kəməri və elektrik xətləri çəkilməsi planlaşdırılır.

“Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və enerji xətləri TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla bu istiqamətdə danışıqlar aparırıq”, – Paşinyan qeyd edib.

Ermənistan hökumət başçısı layihələrin həyata keçirilməsində sülhün vacibliyini vurğulayıb:
“Hazırda Azərbaycanla əldə olunan sülhün daha institusional xarakter alması üzərində işləyirik. Bu, regionda yeni əməkdaşlıq imkanlarının açılmasına xidmət edəcək”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.