Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan-Azərbaycan ticarət əlaqələri

“Tramp dəhlizi” açıldıqdan sonra məhsul ixracı sürətlənəcək – Ermənistan naziri

70

Azərbaycandan Ermənistana artıq benzin və dizel yanacağı idxal olunub, lakin Ermənistan məhsulları hələ Azərbaycana ixrac edilməyib.

Mümkün ixracın gecikməsi ilə bağlı sualı cavablandıran Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan səbəblərin müxtəlif olduğunu bildirib.

“Bazarlar hələ tam tanış deyil və ticarət əlaqələrinin qurulması üçün vaxt lazımdır. Bu, əsasən özəl sektorun məsuliyyətində olan bir prosesdir. Dövlət yalnız siyasi razılaşmalarla uyğun şərait yaradır”, – deyə nazir açıqlayıb.

Papoyan əlavə edib ki, tərəflər artıq bir-birinə geniş məhsul siyahıları təqdim ediblər və “Tramp dəhlizi” işə düşəndən sonra Azərbaycanla ticarət əlaqələrinin aktivləşəcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.