Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ərdoğandan tarixi qərar: türksoylular üçün yeni dövr başlayır

Yeni sərəncama əsasən, Azərbaycan və digər türk respublikalarının vətəndaşları Türkiyədə öz peşələrini sərbəst şəkildə icra edə biləcəklər.

7

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu ölkələrin vətəndaşlarının hüquqi statusuna dair mühüm qərar imzalayıb.

Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları artıq Türkiyədə “əcnəbi” hesab edilməyəcək və öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

Beləliklə, türksoylu ölkələrin vətəndaşları həm dövlət, həm də özəl sektorda daha rahat şəkildə işləyə biləcək, iş icazəsi ilə bağlı prosedurlar isə xeyli sadələşdiriləcək.

Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və türk respublikaları ilə Türkiyə arasında əmək bazarının inteqrasiyasını gücləndirməsi gözlənilir.

Ekspertlərin fikrincə, bu addım Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsinə yol açacaq və türk xalqları arasında iqtisadi, sosial və mədəni əlaqələri daha da möhkəmləndirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.