Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Emin Əmrullayev ABŞ-də azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri: “Azərbaycanlı gənclərin uğurları ölkəmizin gələcəyinə sərmayədir

16

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüş keçirib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş Corc Vaşinqton Universitetində baş tutub. Nazir çıxışında son illərdə Azərbaycanda elm və ali təhsil sistemində aparılan islahatlardan, ABŞ universitetləri ilə birgə ikili diplom proqramlarından, həmçinin elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Emin Əmrullayev tələbələrin suallarını cavablandırıb, onların akademik və elmi fəaliyyət planları, gələcək peşə və tədqiqat istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir gənclərə müraciət edərək, təhsillərini başa vurduqdan sonra ölkənin elm və təhsil mühitinə, eləcə də əmək bazarına töhfə verməyə çağırıb:

“Azərbaycanın gələcəyi savadlı, dünyagörüşlü və vətəninə bağlı gənclərin əlindədir. Xaricdə qazandığınız bilik və təcrübə ölkəmizin inkişafına xidmət etməlidir.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.