Emin Əmrullayevə Gürcüstandan nüfuzlu mükafat
Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görüldü
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb. Mükafat nazirin Tbilisiyə rəsmi səfəri çərçivəsində universitetdə keçirilən mərasimdə təqdim edilib.
Tədbirdə çıxış edən rektor, akademik David Qurgenidze GTU-nun beynəlxalq layihələrdə iştirakı, elmi nailiyyətləri və tələbələrin dünya miqyaslı elmi eksperimentlərdə qazandıqları uğurlar barədə məlumat verib.
Səfər zamanı hər iki ölkənin nazirləri və qonaqlar elmi layihələr sərgisinə baxış keçirib. Robototexnika, süni intellekt və müasir texnologiyalar üzrə innovativ işlərini təqdim edən gürcü və azərbaycanlı tələbələrlə görüş keçirilib.
Tərəflər universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni elmi və təhsil layihələrinin icrasına hazır olduqlarını bildiriblər.
Sonda rektor David Qurgenidze iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına göstərdiyi töhfələrə görə Emin Əmrullayevi GTU-nun Fəxri doktoru adına layiq gördüyünü elan edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.