Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabr ayı üzrə ödəniş prosesini yekunlaşdırıb
Pensiyalar, müavinətlər, təqaüdlər və ünvanlı sosial yardımlar ölkənin bütün bölgələrində tam şəkildə ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə bütün sosial ödənişlərin həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, ayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların ödənişi tamamlanıb. Oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin vəsaitləri köçürülüb.
Bu gün isə ay üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.