Əlillik təyinatında süni intellekt texnologiyaları tətbiq ediləcək
Avtomatik sistem müraciətləri mərkəzləşdirilmiş şəkildə idarə edəcək və qrup təyinatında 90%-ə yaxın dəqiqlik təmin edəcək
Bu il əlillik təyinatı və xidmətlərin təkmilləşdirilməsi sahəsində süni intellekt (Sİ) əsaslı texnologiyaların tətbiqi önəmli rol oynayacaq. Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda əlillik qrupunun avtomatik müəyyənləşdirilməsi 90%-ə yaxın dəqiqliklə həyata keçirilir. Vətəndaşların bütün müraciətləri mərkəzləşdirilmiş qaydada qəbul ediləcək və “Omnichannel” yanaşması əsasında idarə olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.