Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı

Ov mövsümü 20 dekabr 2025-ci ildən 1 fevral 2026-cı ilədək açıq olacaq

1. 053

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda aparılmış ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər nəzərə alınaraq ov mövsümünün 20 dekabr tarixindən 1 fevral 2026-cı ilədək açıq elan edilməsi barədə qərar qəbul olunub.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. Onun sözlərinə görə, əvvəllər su-bataqlıq ərazilərində baş verən ekosistem dəyişiklikləri və fauna üzrə ilkin müşahidələrin nəticələri səbəbindən ov mövsümünün fəaliyyəti planlaşdırılandan daha tez dayandırılmışdı.

Rəsmi qeyd edib ki, sonradan aparılan təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi göstərib ki, bəzi növlər üzrə populyasiya göstəriciləri stabilləşib və quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi artıq başa çatıb.

Mövcud elmi əsaslar və monitorinq nəticələri nəzərə alınaraq, ekoloji tarazlığın qorunması şərti ilə ov mövsümünün 20 dekabr – 1 fevral tarixləri arasında keçirilməsi məqsədəuyğun hesab edilib.

Nazirlik ov mövsümü ərzində vətəndaşları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, ov qaydalarını pozmamağa və qanunsuz ov hallarına yol verməməyə çağırır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.