Əfqanıstanda dəhşətli qətlin cəzası icra olundu
Bir ailənin 13 üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxs Xost şəhərində minlərlə insanın gözü qarşısında edam edildi
Əfqanıstanın şərqində yerləşən Xost şəhərində çərşənbə axşamı bir ailənin 13 üzvünü amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs ictimai şəkildə edam edilib. Məlumat “Associated Press” tərəfindən yayımlanıb.
Hadisə şəhər stadionunda baş tutub və edama minlərlə insan, o cümlədən qurbanların yaxınları toplaşıb.
BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Bennet sosial şəbəkədə paylaşdığı açıqlamada Talibanı belə cəzaları dayandırmağa səsləyib. O bildirib ki, açıq edamlar insan hüquqlarına ziddir və beynəlxalq hüquqa uyğun deyil.
Ali Məhkəmənin açıqlamasına əsasən, hökm bir neçə məhkəmə instansiyasından keçdikdən və sonda Əfqanıstanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Xost əyalət polisinin nümayəndəsi Mustaghfir Ghorbaz edamın qurbanlardan birinin qohumu tərəfindən həyata keçirildiyini deyib.
Məlumata görə, məhkum ailənin doqquz uşağı, onların anası və daha üç nəfəri xüsusi qəddarlıqla öldürməkdə təqsirli bilinib. Məhkəmə prosesində qurbanların yaxınlarına barışıq və bağışlanma imkanı təqdim edilsə də, onlar ölüm hökmündə israr ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.