Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əbu-Dabidə Davamlı İnkişaf Sammitində diplomatik qalmaqal

Edi Rama və CNN jurnalisti arasında baş verən gərginlik Albaniya-Yunanıstan münasibətlərini yenidən gündəmə gətirdi

77

Əbu-Dabidə keçirilən Davamlı İnkişaf Sammitində ictimai panel müzakirəsi diplomatik və media qalmaqalına çevrilib.

Hadisə Albaniyanın Baş naziri Edi Rama ilə Monteneqronun Baş naziri Milojko Spajiç arasında keçirilən panel zamanı baş verib. Moderatorun iştirakçıların adlarını səhv tələffüz etməsi gərginliyə yol açıb. Monteneqro lideri sakit qalsa da, Edi Rama jurnalistin səhvini tənqid edib və bu gərginliyi onun yunan mənşəyi ilə əlaqələndirib.

Qalmaqal, Edi Ramanın Albaniyada həyata keçirilən enerji layihələrini müzakirə edərkən BƏƏ-nin enerji naziri Sultan Əl-Cəbiri “mentor” kimi təqdim etməsi və moderatorun bu sözün mənasını soruşması ilə başlanıb. Jurnalist zarafatla cavab versə də, Rama bunu fərqli şərh edib və sözü geniş ümumiləşdirmələrlə əlaqələndirib.

Hadisə Yunanıstan mediasında da kəskin reaksiyalar yaradıb və bir daha Albaniya-Yunanıstan münasibətlərindəki xroniki gərginliyi gündəmə gətirib. Qeyd olunur ki, protokol səhvləri və panel müzakirələri tez-tez siyasi qarşıdurmalara səbəb ola bilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.