Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Düşənbədə diqqətçəkən anlar

Tacikistan paytaxtında keçirilən qeyri-rəsmi toplantıda Azərbaycan və Rusiya prezidentlərinin səmimi salamlaşması diqqət çəkib.

19

Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi anlar yaşanıb.

“RİA Novosti”nin məlumatına görə, görüş Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahında baş tutub. Dövlət başçıları rəsmi iclasdan sonra qeyri-rəsmi mühitdə bir araya gəliblər.

Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub, Vladimir Putinlə əl sıxaraq onu qucaqlayıb, daha sonra digər MDB liderləri ilə salamlaşıb. Bu anlar Rusiya və region mediasında geniş rezonans doğurub, iki ölkə liderləri arasında isti münasibətlərin göstəricisi kimi qiymətləndirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.