Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünya liderləri telefon danışığında regional məsələləri müzakirə etdi

Ərdoğan və Tramp Suriyanın sabitliyi, İŞİD-lə mübarizə və Qəzza bölgəsində sülh prosesi barədə fikir mübadiləsi aparıb

546

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər söhbət zamanı ikitərəfli münasibətləri və həm regional, həm də qlobal vəziyyəti müzakirə ediblər.

Ərdoğan Türkiyənin Suriyadakı vəziyyəti diqqətlə izlədiyini və Suriyanın ərazi bütövlüyünün önəmli olduğunu vurğulayıb. Həmçinin, İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarında saxlanılan İŞİD üzvlərinin vəziyyəti gündəmə gətirilib. Türkiyə lideri bildirib ki, inkişaf etmiş, terrordan azad və sabit bir Suriyanın formalaşması bölgəyə əhəmiyyətli töhfə verəcək.

Telefon danışığında həmçinin Qəzza bölgəsində sülhün təmin edilməsi məsələləri müzakirə olunub. Ərdoğan ABŞ-la koordinasiyalı şəkildə bu prosesi dəstəkləyəcəyini və Qəzza Sülh Komitəsinə dəvət üçün Trampa təşəkkürünü çatdırıb.

Donald Tramp Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb və Ərdoğanla telefon danışığını “çox yaxşı” adlandırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.