Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb

“Azeri Light” markalı neftin 1 bareli 70 dolları ötüb

10

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb. Belə ki, bir barelin dəyəri 0,8 ABŞ dolları və ya 1,15 % yüksələrək 70,54 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ölkənin 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırlatma olaraq, “Azeri Light” neftinin ən ucuz qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 ABŞ dolları olub. Ən yüksək qiymət isə 2008-ci ilin iyulunda — 149,66 ABŞ dolları qeydə alınıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.