Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dubayda göydələn yaxınlığında güclü partlayış baş verib

Hadisə zamanı tüstü müşahidə olunub, sakinlər təxliyə edilib

87

Dubay şəhərində yerləşən Marina 23 göydələni yaxınlığında güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə 90 mərtəbəli binanın 88-ci mərtəbəsindən tüstü qalxdığı görünür.

RIA Novostinin məlumatına görə, göydələnin ehtimal olunan İran pilotsuz uçuş aparatı tərəfindən hədəfə alındığı bildirilir. Hadisə yerinə şəhərin məşhur turizm zonasında fəaliyyət göstərən operativ və fövqəladə xidmətlər cəlb olunub. Xilasedicilər binadakı insanları təxliyə edirlər.

Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti bildirib ki, hədəfin uğurla zərərsizləşdirilməsi nəticəsində yaranan qalıqlar Dubai Marina rayonundakı hündürmərtəbəli binanın fasadına ziyan vurub.

Rəsmi açıqlamada vəziyyətin nəzarət altında olduğu və insident nəticəsində xəsarət alanların olmadığı qeyd edilib.

İran dövlət televiziyası da pilotsuz uçuş aparatının hücumunun ehtimal olunan nəticələrini əks etdirən videogörüntülər yayımlayıb. TASS agentliyinin məlumatına görə, İran tərəfi binadan İsrail və ABŞ silahlı qüvvələrinin sığınacaq kimi istifadə etdiyini iddia edib.

Təsdiqlənməmiş məlumatlara əsasən, binanın mərtəbələrindən birində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının olduğu ehtimal edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.