Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət xidmətləri “mygov” platformasında vahidləşdiriləcək

Prezident İlham Əliyev bildirib ki, mövcud mobil tətbiqlər tədricən ləğv ediləcək və bütün xidmətlər vətəndaşlar üçün bir ünvanda təqdim olunacaq

26

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə bildirib ki, dövlət qurumlarının müxtəlif mobil tətbiqləri tədricən ləğv ediləcək və bütün xidmətlər “mygov” platformasında vahid mərkəzdən təqdim olunacaq.

Son illərdə nazirliklər və digər dövlət qurumları müxtəlif tətbiqlər hazırlamışdı, lakin artıq bu işlərin koordinasiyalı şəkildə aparılması üçün vahid sistemə keçid zəruridir. Prezident vurğulayıb ki, vətəndaşlar üçün bütün dövlət xidmətləri bir ünvanda əlçatan olacaq və mövcud platformaların təcrübəsi, kadrları və əldə edilmiş üstünlükləri yeni sistemdə istifadə olunacaq.

İlham Əliyev həmçinin qeyd edib ki, bu prosesin mərhələli şəkildə həyata keçirilməsi üçün konkret təkliflər hazırlanmalı və vaxt cədvəli müəyyən edilməlidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.