Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət orqanlarına qəbul qaydalarında yenilik

İnzibati vəzifələrə qəbulda dəyişikliklər rəsmiləşdi

30

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələri istisna olmaqla).

Təklif olunan dəyişikliyə görə isə bu qayda yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və xarici ticarət nümayəndələri istisna olmaqla, digər 1-3-cü kateqoriya dövlət orqanlarının inzibati vəzifələrinə də tətbiq olunacaq.

Beləliklə, qəbul prosesi daha standart və şəffaf qaydada aparılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.