Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət Məşğulluq Agentliyində kadr dəyişiklikləri

Eşqin Bayramov İdarə Heyəti sədrinin müavini təyin edilib, ötən həftə isə yeni sədr Hasil Abbasov fəaliyyətə başlayıb

315

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin əmri ilə verilən təyinatla E.Bayramov artıq DMA-nın İdarə Heyətində fəaliyyət göstərəcək. O, 1985-ci ildə anadan olub, Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər, Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında ölkəşünaslıq üzrə magistr və Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb.

2011-2025-ci illərdə Bakı Biznes Universitetində müxtəlif vəzifələrdə çalışan Eşqin Bayramov 2025-ci ilin fevralından Dövlət Məşğulluq Agentliyində Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, ötən həftə DMA-ya yeni sədr Hasil Abbasov təyin olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.