Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət informasiya sistemlərinə qarşı kiber təhlükələr zərərsizləşdirildi

Üç rüb ərzində 650 kibertəhdid aşkarlanaraq bloklanıb

9

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində dövlət qurumlarına qarşı planlaşdırılan çoxsaylı kiberhücumların qarşısı alınıb.

Qurumdan verilən məlumata görə, həyata keçirilən analizlər zamanı 650 kiberhücum indikatoru müəyyən edilib. Bu indikatorların vaxtında bloklanması nəticəsində dövlət strukturlarına qarşı xüsusi hədəflənmiş APT (Advanced Persistent Threat) tipli hücumların təsiri neytrallaşdırılıb.

Hesabat dövrü ərzində aşkarlanan kibertəhdidlərin 216-sı daxili araşdırmalar, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bildirir ki, ölkənin strateji informasiya resurslarının qorunması məqsədilə kiber təhlükəsizlik sahəsində profilaktik tədbirlər və təhlillər bundan sonra da davam etdiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.