Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Doqquz ölkə Sülh Şurasına 7 milyard dollardan çox vəsait ayırdı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza üzrə yaradılan Sülh Şurasının büdcəsinə Azərbaycan da daxil olmaqla doqquz ölkə milyardlarla dollar maliyyə dəstəyi göstərib.

26

Qəzza üzrə Sülh Şurasının büdcəsinə doqquz ölkə tərəfindən ümumilikdə 7 milyard ABŞ dollarından artıq maliyyə dəstəyi göstərilib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard dollardan artıq vəsait köçürüblər.

“Bu, möhtəşəm nəticədir. Sizə təşəkkür edirəm, cənablar”, – deyə Tramp vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.