Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Donald Tramp: Ukrayna müharibəsi ABŞ-ə maliyyə baxımından gəlir gətirir

Keçmiş prezident Tramp Baydenin göndərdiyi vəsaitin bir hissəsini geri alındığını və nadir torpaq elementləri üzrə sazişlərin gəlir təmin etdiyini açıqlayıb

109

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynadakı müharibənin ABŞ üçün maliyyə baxımından ziyan yaratmadığını, əksinə müəyyən mənada gəlir gətirdiyini bildirib.

Tramp vurğulayıb ki, keçmiş prezident Co Bayden dövründə Ukraynaya göndərilən 350 milyard dollar ABŞ üçün xərclər yaratsa da, onun administrasiyası bu vəsaitin bir hissəsini geri alıb. “Biz nadir torpaq elementləri ilə bağlı saziş bağladıq və bu pulların böyük hissəsini geri alacağıq. Hətta bəlkə hamısını, ya da ondan daha çoxunu”, – deyə Tramp əlavə edib.

Prezident həmçinin ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna arasında mövcud problemlər gələcəkdə həllini tapacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.