Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq etdi

Prezident bildirib ki, qiymətlər artırılmazsa, ABŞ bu ölkələrə əlavə rüsum tətbiq edə bilər və eyni zamanda əczaçılıq şirkətlərinə dəstək göstərməyə hazırdır

100

ABŞ Prezidenti Donald Tramp Fransa və Almaniyaya dərman qiymətləri ilə bağlı xəbərdarlıq edib. O, bu ölkələrin qiymət siyasətini dəyişməyəcəyi təqdirdə əlavə gömrük rüsumları ilə üzləşə biləcəyini bildirib.

Tramp bu fikirləri Ağ Evdə səhiyyə sahəsinə cavabdeh olan müşavirlərlə keçirilən iclas zamanı səsləndirib. Prezident vurğulayıb ki, ABŞ-də reseptlə satılan bir çox preparat Avropa ölkələri ilə müqayisədə xeyli baha başa gəlir.

Onun sözlərinə görə, ABŞ hökuməti vətəndaşların dərmanlara daha münasib qiymətlərlə çıxışını təmin etməyi qarşısına məqsəd qoyub: “Amerikalılar reseptli dərmanlara görə dünyada ən aşağı məbləği ödəməlidir. Lakin hazırkı vəziyyətdə Avropa İttifaqı ölkələri də məsuliyyət paylaşmalıdır. Onlar qiymətləri artırmalı, biz isə əczaçılıq şirkətlərinə dəstək göstərməyə hazırıq”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.